Çavuşoğlu Səudiyyə Ərəbistanının Qaşıqçı olayı ilə bağlı açıqlamalarına cavab verib Çavuşoğlu Səudiyyə Ərəbistanının Qaşıqçı olayı ilə bağlı açıqlamalarına cavab verib

“Bu iş belə bağlana bilməz!” - Çavuşoğludan Səudiyyəyə sərt cavab

Çavuşoğlu Səudiyyə Ərəbistanının Qaşıqçı olayı ilə bağlı açıqlamalarına cavab verib

Xarici işlər naziri Mövlud Çavuşoğlu Səudiyyə Ərəbistanının Camal Qaşıqçı hadisəsi ilə bağlı açıqlamalarına cavab verib.

AzNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, Mövlud Çavuşoğlu, açıqlamasında həmin beş nəfərin Türkiyə qanunlarına görə mühakimə olunmalı olduğunu deyib:

“Səudiyyə prokurorunun açıqlamasından əvvəl Səudiyyənin xarici işlər naziri mənə zəng etdi. Təxminən yarım saat sonra prokurorun verəcəyi açıqlamanı mənə dedi. Hazırda 11 nəfərin həbs olunduğunu başa düşürük. Bundan əvvəl də 18 nəfər həbs olunub. Həmin 11 nəfərin 5-i üçün edam tələb olunur. Bəs, digərləri niyə azad olunub? Bəzi açıqlamaları qənaətbəxş hesab etmirəm. Bu cinayətin, ölkəsinə getməyi rədd etdiyi üçün baş verdiyi deyilir. Lakin meyitin parçalanması bir anda baş verən hadisə deyil. Bu, əvvəlcədən planlaşdırılıb. Qaşıqçının cəsədi hardadır? Təlimat verənlər aşkarlanmalıdır. Bu iş belə bağlanmamalıdır. İşin gedişatını izləyəcəyik”.

Pərvanə AĞAZADƏ
AzNews.az