Parkın müdiri Ümit Kaçar deyib ki, büstlər tapılmasa, yeniləri düzəldiləcək Parkın müdiri Ümit Kaçar deyib ki, büstlər tapılmasa, yeniləri düzəldiləcək

Şəhidlər Parkında 9 nüfuzlu Türkün büstü oğurlandı

Parkın müdiri Ümit Kaçar deyib ki, büstlər tapılmasa, yeniləri düzəldiləcək

Türkiyənin İsparta şəhərində salınan Şəhidlər Parkında 9 nüfuzlu Türkün büstü oğurlanıb.

AzNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, büstlər içərisində yalnız Halil Ethem Eldemin büstü qalıb.

İsparta bələdiyyəsi tərəfindən 1-ci dünya müharibəsində Çanakkala, Qafqaz, Fələstin, müasir zamanda isə İraq və Kıprısda, terrorla mücadilədə şəhid düşən 1250 ispartalı üçün 2013-cü ildə Dəmirkörpü səmtində salınan "26 fevral Xocalı və Şəhidlər Parkı"nda 10 nüfuzlu Türkdən 9-nun büstü oğurlanıb.

Parkın digər hissəsində olan Mustafa Kemal Atatürk və 9-cu prezident Süleyman Demirelin büstlərinə toxunulmayıb.

Parkın müdiri Ümit Kaçar deyib ki, büstlər tapılmasa, yeniləri düzəldiləcək.

Babək Göyüş

AzNews.az