“ABŞ-ın terrorçulara silah-sursat verməsini qəbul edə bilmərik” “ABŞ-ın terrorçulara silah-sursat verməsini qəbul edə bilmərik”

Hulusi Akardan ABŞ-a mesaj: “Buna imkan verməyəcəyik!”

“ABŞ-ın terrorçulara silah-sursat verməsini qəbul edə bilmərik”

Hulusi Akar, ABŞ əsgərləri ilə PKK terrorislərinin bir yerdə yayılan şəkillərinə münasibət bildirib.

AzNews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, milli müdafiə naziri Hulusi Akar, Halifax Beynəlxalq Təhlükəsizlik Forumunda iştirak etmək üçün Kanadanın Halifax şəhərinə gedib. Orada ilk olaraq Çanaqqala abidəsini ziyarət edən Akar, iclas üçün Vestin otelinə gedib.

Görüşdə milli müdafiə naziri Hulusi Akar, həmin şəkillərdən narahat olduğunu deyib:

“Bu şəkillər mediada geniş yayılıb və xalqımız bundan narahat olub. Xalqımızın gözündə Amerika və amerikan ordusunun imici zərər görüb. ABŞ-dan söz verdiyi kimi, YPG ilə əlaqələrini kəsməyini gözləyirik. ABŞ-ın YPG-yə maşın və təyyarələrlə silah-sursat verməsini qəbul edə bilmərik. Cənub sərhədimizdə terror koridorunun yaranmasına imkan verməyəcəyik”.

Pərvanə AĞAZADƏ
AzNews.az