Partiya başqanı çıxışı zamanı Mübariz İbrahimovdan bəhs edib. Partiya başqanı çıxışı zamanı Mübariz İbrahimovdan bəhs edib.

Meral Akşenerdən ilginc açıqlama: “Mübariz İbrahimov kimi...” - Video

Partiya başqanı çıxışı zamanı Mübariz İbrahimovdan bəhs edib.

Türkiyənin İyi Partiyasının başqanı Meral Akşener bu gün Böyük Millət Məclisində partiyasının qrup toplantısında çıxış edib.

Partiya başqanı çıxışı zamanı Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovdan bəhs edib. O, “Mübariz İbrahimov kimi təkbaşına ayağa qalxacağıq”, – deyib.

M.Akşener daha sonra Türkiyədə saxlanılan və İrana təhvil verilməsi gözlənilən Rahim Cavadbəylidən danışıb: “Azərbaycan var olsun, Rahim bəy azad olsun”.

Videonun 40-cı dəqiqəsində M.Akşenerin Rahim Cavadbəyli, 51-ci dəqiqədə isə M.İbrahimovla bağlı dediklərini dinləmək olar.

Qeyd edək ki, İyi Partiya TBMM-də 40 deputat yerinə sahibdir.

Təbrizdən olan ədəbiyyatçı, türkçü, araşdırmaçı və milli fəal Rahim Cavadbəyli artıq 4 ildir ki, Türkiyəyə sığınıb və orada yaşayır. BMT tərəfindən siyasi qaçqın statusu alan R.Cavadbəyli bu ilin avqustunda Türkiyə polisi tərəfindən sorğu-sual edilmədən nəzarətə götürülüb və İrana qaytarılması üçün Van bölgəsindəki gözləmə kampına göndərilib. İrana təhvil veriləcəyi təqdirdə R.Cavadbəylinin ölüm cəzasına məhkum olunacağı gözlənilir.(teleqraf.com)

© AzNews.az