“Növbənin bizə çatdığını bilirdim...” “Növbənin bizə çatdığını bilirdim...”

Baxçalının mühüm adamı MHP-dən küsüb getdi: “Həyatımın ən çətin qərarını verdim...”

“Növbənin bizə çatdığını bilirdim...”

Mersin böyük şəhər bələdiyyə sədri Burhanettin Kocamaz, MHP-dən istefa verib.

AzNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, Burhanettin Kocamaz MHP-dən istefa verdiyini bildirib. O, mövzu ilə bağlı açıqlamasında “Həyatımın ən çətin mətbuat konfransını keçirirəm. Bu gün burada çox duyğusal iclas keçiririk. Burada danışmaq doğrudan da çətindir. Sözlər boğazınızda düyünlənir. Gecikmiş də olsa, bu iclasla bizdən Mersin üçün nəsə gözləyənlərin ürəyinə su səpmək istəyirəm”, - deyib.

Kocamaz, “Bundan əvvəl də partiyadan zorla göndərilən bir neçə nəfərdən sonra növbənin bizə çatdığını bilirdim. Sanki “çıx get” deyildiyi bir dövrdə, rəhmətlik Başbuğa olan sədaqətimi və düşüncələrimi gizli saxlayaraq həyatımın ən çətin qərarını verirəm. 50 il içində olduğum MHP-dən istefa verirəm”, - deyə bildirib.

Pərvanə AĞAZADƏ
AzNews.az