Vəliəhdin "Twitter ordusu" hərəkətə geçib. Vəliəhdin "Twitter ordusu" hərəkətə geçib.

Səudiyyəlilər Türkiyəni boykot etdilər - "Türk məhsullarını almayın"

Vəliəhdin "Twitter ordusu" hərəkətə geçib.

Səudiyyə Ərəbistanının İstanbul Baş konsulluğunda öldürülən jurnalist Camal Qaşıqçı cinayətindən sonra çətin durumda qalan Səudiyyə Ərabistanında Türkiyəyə qarşı boykot kampaniyası başladılıb. Diqqət mərkəzində olan Vəliəhd Prens Salmanın yaxınındakı adlardan olan Kahtaninin əmriylə “Twitter”də Türk məhsullarına boykot çağrışı edilib.

Vəliəhd Prens Salmanın 2010-cu ildə “Arap Baharı” zamanı müxalifləri təhdid etmək üçün bir “Twitter ordusu” qurduğu və bu “ordunu” da Salmana ən yaxın adlardan biri olan, Qaşıqçı cinayətindən sonra vəzifəsindən kənarlaşdırılan, “troll master” kimi tanınan Kahtani olduğu bildirilmişdi. 10 min nəfərlik “Twitter ordusu”nun ayda 3 min dollar maaş aldığı da “New York Times” qəzeti tərəfindən yayımlanmışdı.

“New York Times”-a görə, Kahtaninin komandası “Twitter” üzrə mütəxəssis olan Ali Alzabarah adlı bir səudiyyəli işçini də müxbir olaraq istifadə edir. Alzabarah Səudiyyə rəhbərliyinə müxalif şəxslərin “Twitter” hesablarını, IP adreslərini, şəxsi məlumatlarını və telefon nömrələrini ələ keçirirmiş. Bu adamın Qərb agentlərinin də diqqətini çəktiyi qeyd edilir. Buna görə Alzabaraha “Twitter” tərəfindən inzibati həbs kəsildi və sorğuya çəkildi; 2015-ci ilin sentyabrında qovuldu.

Alzabarah hazırda Səudiyyə hökuməti üçün çalışır.

Bununla belə, səudiyyəlilər dünən gecə #BoycottTurkishTourism etiketiylə “tweet”lərdə Türk məhsullarının adlarını yayaraq boykot çağrışı ediblər. Türkiyəyə səyahət boykotu da tələb edən səudiyyəlilər “Qırğızıstana gedin, ora da gözəldir” deyə ifadəler işlədiblər. Bu mövzuda təqribən 50 min “tweet” atılıb.

Elgün
AzNews.az