“Biz Camal Kaşıkçının qətlinin istintaqı çərçivəsində vətəndaşlarımızı Türkiyəyə verməyəcəyik”. “Biz Camal Kaşıkçının qətlinin istintaqı çərçivəsində vətəndaşlarımızı Türkiyəyə verməyəcəyik”.

Ər-Riyad Ankaranın tələbini rədd etdi

“Biz Camal Kaşıkçının qətlinin istintaqı çərçivəsində vətəndaşlarımızı Türkiyəyə verməyəcəyik”.

Ankaranın müvafiq sorğusuna baxmayaraq, Səudiyyə Ərəbistanı hakimiyyəti jurnalist Camal Kaşıkçının qətlində ittiham olunan şəxsləri Türkiyəyə təhvil verməyəcək.

Belə bir bəyanatla Səudiyyə Ərəbistanı xarici işlər naziri Adel əl-Cubeyr çıxış edib.

“Biz Camal Kaşıkçının qətlinin istintaqı çərçivəsində vətəndaşlarımızı Türkiyəyə verməyəcəyik”, - deyə o vurğulayıb.

Xatırladaq ki, “Vaşinqton post” qəzetinin əməkdaşı Camal Kaşıkçı bu il oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğunda öldürülüb. (oxu.az)

AzNews.az