"Bizim tək arzumuz təmiz dünyada yaşamaqdır" "Bizim tək arzumuz təmiz dünyada yaşamaqdır"

Sənətçi Ərdoğana dəstək üçün 2800 metr hündürlüyə qalxdı

"Bizim tək arzumuz təmiz dünyada yaşamaqdır"

Türkiyənin məşhur sənətçisi Aydın Aydın prezident Ərdoğanın plastik paketlərlə bağlı qərarına maraqlı yolla dəstək olub.

AzNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, Aydın Aydın Hakkarinin 2800 metr hündürlüyündə yerləşən Demirtaş kəndi yaylasına çıxıb.

Mənfi 3 dərəcədə plastik paketdən düzəltdiyi şort və papaqla çölə çıxan Aydın həm türkü söyləyib, həm də xizək sürüb.

Oxuduğu “Pıt-Pet” mahnısı ilə təmiz dünyada yaşamaq istədiyini deyən Aydın “Dünyada ilk dəfə təmizliyə diqqət çəkmək üçün Pıt-Pet adlı mahnı hazırladım. Bizim tək arzumuz təmiz dünyada yaşamaqdır. Plastik butulkalar, paketlər torpağı, havanı, suyu kirlədib. Bu qarı belə kirlədib. Bununla bağlı çıxarılan qərar bizi məmnun etdi. İnşallah, bu gözəl dünyadan bütün plastik butulkaları, paketləri, bitmiş batareyaları, yerə atılmış saqqızları uzaqlaşdıracağıq”, - deyib.

AzNews.az

image description image description image description