400 milyard dollarlıq gəlirin 57 faizi Amerikanın payına düşüb. 400 milyard dollarlıq gəlirin 57 faizi Amerikanın payına düşüb.

Türkiyə silah satışında fantastik nəticəyə imza atdı

400 milyard dollarlıq gəlirin 57 faizi Amerikanın payına düşüb.

İsveçin paytaxtı Stokholmda yerləşən Sipri araşdırma mərkəzinin yaydığı məlumatda deyilir ki, 2017-ci ilə nisbətdə dünyada silah ticarətində 2.5 faiz artım qeydə alınıb. Beynəlxalq səviyyədə silah istehsal edərək satan 100 ən böyük şirkət 398.2 milyard dollar qazanc əldə edib.

Bu, təxminən 350 avroya bərabərdir. Sipri eksperti Aude Fleurant deyib ki, satışda yüksəlişin olması bizim üçün gözlənilməz olmadı: "Bir çox ölkələr öz silah cəbbəxanasını yeniləyir. Köhnə silahların yeniləri ilə əvzələnməsi üçün hər ölkənin öz planı var. Bu planın həyata keçməsi üçün xeyli zaman lazımdır. Bəzi ölkələr isə ən müasir silahlar sistemi əldə etməyə çalışır. ABŞ Avropa ölkələrindən tələb edir ki, NATO-da aktiv olsunlar, bu isə yeni silahlarla mümkündür".

ABŞ-ın silah istehsal edən şirkətləri silah bazarında dominatlığını qoruyub saxlamaqdadır. Ötən illə müqayisədə Amerika silah satışında 2 faiz artıma nail olub və ili 57 faizlə başa vurmaqdadır. ABŞ Müdafiə Nazirliyi daha çox yerli silahları almağa maraq göstərir. Bu da silah satışında amerika şirkətlərinin ciddi paralar qazanmasına gətirib çıxarır. Rusiya da silah satışında xeyli irəli gedib. Ötən ilki göstricini 8.5 faizdən bu il 9.5 faizə çatdırıb. Üçüncü yerdə isə 9 faizlə Böyük Britaniyanın silah istehsalçıları gəlir. Xüsusi qeyd olunur ki, Rusiyada birinci onluqda olan silah istehsal edən bəzi şirkətlərdə 22, hətta 25 faiz artım qeydə alınıb.

Qərbi Avropanın 24 silah istehsal edən mərkəzi isə, silah satışını 3.8 faiz artırıb və 94.9 milyard dollara sahib olub. Almaniya da silah istehsalında xeyli irəli gedib. Ancaq silah satışında Türkiyənin əldə etdiyi uğur tam başqadır. 2017-ci illə müqayisədə Türkiyə 24 faiz çox silah satıb. Bu isə Türkiyəyə imkan verir ki, silahla bağlı əcnəbi şirkətlərdən asılılığını önəmli şəkildə aşağı salsın. Bu, həm də Türkiyə silah sənayəsinə özünəgüvən hissi aşılayır və ölkədə silah istehsalına təkan verir.(musavat.com)

© AzNews.az