Çox sayda partlayıcı, silah-sursat ələ keçirilib. Çox sayda partlayıcı, silah-sursat ələ keçirilib.

PKK-ya ağır zərbə: 30 sığınacaq məhv edildi - VİDEO

Çox sayda partlayıcı, silah-sursat ələ keçirilib.

Tuncelidə PKK sığınacaqları məhv edilib.

AzNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, terror təşkilatı PKK-ya aid 30 sığınacaq, 5 mağara və 6 anbar məhv edilib. Çox sayda partlayıcı, silah-sursat ələ keçirilib.

Tunceli Valiliyindən verilən açıqlamaya görə, əməliyyatlar zamanı məhv edilən sığınacaq, mağara və anbarlarda 2 ədəd EYP qurğusu, 300 kiloqram Ammonium Nitrat partlayıcı maddəsi, 1 ədəd M-16 tüfəng, müxtəlif silahlara aid 8 ədəd güllə darağı, 497 ədəd sursat, 3 ədəd telsiz telefon, 3 ədəd yaddaş kartı, tibbi ləvazimat ələ keçirilib.

Terroristlərin axtarışı və zərərsizləşdirilməsi üçün işlərin əzm və qərarlılıqla davam etdirildiyi qeyd edilib.

Pərvanə Ağazadə

AzNews.az