Bakı Dövlət Universitetinin dosenti Qəmər Mürşüdlü Türkiyədə mükafata layiq görülüb Bakı Dövlət Universitetinin dosenti Qəmər Mürşüdlü Türkiyədə mükafata layiq görülüb

BDU dosenti Türkiyədə mükafat aldı - FOTO

Bakı Dövlət Universitetinin dosenti Qəmər Mürşüdlü Türkiyədə mükafata layiq görülüb

Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsinin Fəlsəfə tarixi və mədəniyyətşünaslıq kafedrasının dosenti Qəmər Mürşüdlü Türkiyədə keçirilən "II Beynəlxalq Türk Dünyası Pedaqoji və Sosial Elmlər" konqresində iştirak edib.

AzNews.az xəbər verir ki, dosent Qəmər Mürşüdlü “Türk Eğitim-Sen” və Uluslararası Avrasiya Təhsil İşçiləri Həmkarlar İttifaqları Birliyi (UAESEB) tərəfindən 7-8 dekabr tarixlərində keçirilən konqresdə “Cəmaləddin Əfqaninin düşüncəsində İslam və milliyyət” mövzusunda məruzə ilə çıxış edib.

Ona "Dədə Qorqud" mükafatı və sertifikat təqdim edilib.

Səidə Nurməmmədli
AzNews.az

image description image description