Şübhəlilər haqqında istintaq başa çatıb Şübhəlilər haqqında istintaq başa çatıb

Məşhur jurnalistlərə 15 il həbs cəzası veriləcək

Şübhəlilər haqqında istintaq başa çatıb

Türkiyənin “Sözçü” qəzetinin yazarları Emin Çölaşan və Necat Doğruya 15 il həbs cəzası veriləcəyi gözlənilir.

AzNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, “Sözçü” qəzetində işləyən Emin Çölaşan, Necati Doğru və Metin Yılmaz da daxil olmaqla 5 nəfər şübhəli haqqında FETÖ-yə yardım etdikləri iddiası ilə 7 ildən 15 ilə qədər həbs cəzası istənilib.

Şübhəlilər haqqında istintaq başa çatıb. İddianamə baş prokurorluq tərəfindən təsdiqlənib.

İlk məhkəmənin 2019-cu ilin 18 yanvar tarixində olmasına qərar verilib.

AzNews.az