Silahlı hücum günorta saatlarında təşkil olunub. Silahlı hücum günorta saatlarında təşkil olunub.

Polis idarəsində atışma - Rəis öldü, 2 nəfər yaralandı

Silahlı hücum günorta saatlarında təşkil olunub.

Türkiyənin Rizə şəhərində Polis İdarəsinin binasında bir polisin silahlı hücumuna məruz qalan polis rəisi Altuğ Verdi qətlə yetirilib.

AzNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, silahlı hücum günorta saatlarında təşkil olunub.

Verilən məlumatlara görə, Derepazarı bölgəsində vəzifəli bir yol polisi təyin məsələsi səbəbilə mübahisə etdiyi Altuğ Verdiyə atış açıb.

Təcavüzkar sonra Altuğ Verdinin yanında olan kadrlar şöbəsinin müdirinə və mühafizə polisinə də atəş açıb.

Təcavüzün günahkarı olan polis məmurunun da yaralandığı deyilir.

Yaralılar hadisə yerinə sövq edilən sanitar maşınlarla xəstəxanaya aparılıb. Polis rəisini bütün müdaxilələrə baxmayaraq xilas etmək mümkün olmayıb.

Rizə Valisi Kamal Çeber hadisə yerinə gəlib.

Məsələ ilə bağlı açıqlama verən daxili işlər naziri Süleyman Soylu "Hazırda xəstəxanadadırlar. Həkimlərimiz onları xilas etmək üçün səy göstərir. Hadisə ilə bağlı təfərrüat açıqlanacaq” sözlərini deyib.

Qətlə yetirilən polis rəisi evlidir və bir qızı var.

Babək Göyüş

© AzNews.az

image description