"Vətən, millət sevgisini ondan öyrəndim" "Vətən, millət sevgisini ondan öyrəndim"

Ərdoğanın zəng vurduğu gənc qız danışdı - "O, milyonlarla insanın ümididir"

"Vətən, millət sevgisini ondan öyrəndim"

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın ötən günlərdə maşınında gedərkən universitet tələbəsi ilə telefonla danışdığı video hamı tərəfindən maraqla qarşılanıb.

AzNews.az “Sabah” qəzetinə istinadən xəbər verir ki, həmin hekayənin altından isə üzləri güldürən bir hekayə çıxıb.

Ərdoğanın telefonla danışdığı Aylin İbrahimağaoğlu o gün baş verənləri danışıb.

Aylin “İki arzum var idi. Biri Türkiyədə universitetdə oxumaq, digəri isə vətən sevgisini ilk öyrəndiyim adam olan Ərdoğanla tanış olmaq. Fasiləsiz üç il ona məktub yazıb göndərdim. Əl çəkmədim, çünki bilirdim ki, onunla bir gün tanış olacağam”,- deyib.

20 yaşlı Aylin İbrahimağaoğlu Marmara Universitetitin İlahiyyat fakültəsində 1-ci kursda oxuyur. Almaniyanın Frankfurt şəhərində doğulub böyüyən Aylin, ibtidai və orta təhsilini bu ölkədə oxuyandan sonra Türkiyə sevgisinə görə universiteti İstanbulda oxumaq istəyib. 4 uşağın ən böyüyü olan və “Mən və ailəm prezidentimizi çox sevib, ona hörmət edirik” deyən Aylin, hekayəsindən söz açıb:

“Ölkəmdə oxuyub, mədəniyyətimi bilmək istəyirdim. Bu reallaşdı. Ancaq aradan keçən illər ərzində danışığı və şəkilləri ilə böyüdüyüm Ərdoğan ilə tanış ola bilməmişdim. 2015-ci ildən bu yana prezidentimizə məktub yazırdım. İki həftədə bir məktub yazıb əvvəlcə özünə göndərirdim. Ondan cavab gəlməyəndə isə eyni məktubu məsləhətçilərinə göndərirdim. Aradan illər keçdi və mən məktublarıma cavab ala bilmədim.

İmkanım sadəcə kağız və qələm idi. Bütün dünyaya şəfqət paylayan, 10 illər ərzində ölkəmizin adını 7 yana yayan və cavanlara nümunə olan liderimizlə mən də tanış olmaq istədim. Məktublarım çatdırılsın deyə bəzi nazirliklərə göndərdim. Əl çəkmədim. Bir gün mütləq onunla tanış olacaqdım. “Biz getdiyiniz yolda yanınızdayıq Cənab Prezidentimiz” deyəcəkdim. Cavabım illər sonra gəlsə də, yazmağa davam etdim. Nəhayət, keçən həftə bir iclasdan sonra yenə gözlədim və bütün şərtləri pozaraq məktubu əlinə verdim.

Dünya lideri ilə tanış olmaq, xəyallarımı danışmaq ən böyük xəyalım idi. Telefonuma zəng gəldi. Səsindən tanıdım, amma inana bilmədim. Məktublarıma cavab gəlmiş və böyük lider mənə zəng vurmuşdu. Prezidentimiz danışırdı, amma mən həyəcandan “Bütün məktublarımı aldınızmı? Uzun müddətdir ki sizlə danışmağa çalışıram” deyirdim. Mənə “Aylin bir qulaq as. Bu Oflular da ayrı aləmdi” dedi. “Cənab prezident sizsiniz?” deyə soruşdum. Mənə “Başqa kim olacaq, Aylin, əlbəttə mənəm” dedi.

Proqramdan proqrama dalınca gəzdim, onlarla məktub yazdım və bacardım. Onunla tanış oldum.

Məqsədlərimdən danışdıq. Mənə “Universitetini uğurla bitir, izləyirəm” dedi. Bütün ailəmiz ona dua edir, çünki o, adını bilmədiyimiz miyonlarla insanın ümididir. Vətən, millət sevgisini ondan öyrəndim, uşaqlığım onunla keçdi. Elə dəyərli biridir ki, xalqın hər nümayəndəsi kimi danışır. Onun səmimiyyəti, güclü və qərarlı duruşu biz gənclərə böyük Türkiyəni yaşatmaq yolunda əzm verir...”.

AzNews.az

image description