“Qışda bir məzar qazmaqdansa, yazda 10 məzar qazmağa razıyıq" “Qışda bir məzar qazmaqdansa, yazda 10 məzar qazmağa razıyıq"

Bələdiyyə işçiləri buldozerlə 600 məzar qazdı

“Qışda bir məzar qazmaqdansa, yazda 10 məzar qazmağa razıyıq"

Bələdiyyə işçiləri tərəfindən qazılan 600 məzar bellə düzəldilib.

AzNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, qışda havanın temperaturunun mənfiyə düşdüyü Ərzurumda məzar yerlərinin donmaması üçün hazırlıq görülüb.

Abdurrahman Gazi Məzarlığında əvvəlcədən qazılan məzarları, gün ərzində bellə düzəldən bələdiyyə işçiləri Sibir soyuqlarından əvvəl 600 məzarı hazır ediblər.

Çox çətinlik çəkdiklərini deyən işçilər “Qışda bir məzar qazmaqdansa, yazda 10 məzar qazmağa razıyıq. Qışda torpaq elə donur ki, beton kimi olur. Biz də məzarları hazırlayırıq. Təbii ki, bu qədər məzar yeri açmağımızın digər səbəbi də baş verə biləcək bədbəxt hadisələrdir”, - deyə bildiriblər.

AzNews.az