Ölənlərdən 3-ü maşinist, 6-sı isə sərnişindir. Ölənlərdən 3-ü maşinist, 6-sı isə sərnişindir.

Türkiyədə qatar qəzasında ölənlərin sayı 9-a çatıb - Yenilənib

Ölənlərdən 3-ü maşinist, 6-sı isə sərnişindir.

Türkiyədə sürət qatarının lokomotivlə toqquşması nəticəsində ölənlərin sayı 9-a, yaralıların sayı isə 47-yə çatıb.

Bunu ölkənin nəqliyyat naziri Cahit Turhan bildirib.

Onun sözlərinə görə, ölənlərdən 3-ü maşinist, 6-sı isə sərnişindir. Nazir deyib ki, hadisə ilə bağlı araşdırmalar davam edir.(report.az)

***
11:15

Türkiyədə sürət qatarının lokomotivlə toqquşması nəticəsində ölənlərin sayı 7-yə, yaralıların sayı isə 46-ya çatıb.

Xəsarət alanlardan 3-nün vəziyyəti ağırdır.

Ölənlərdən biri sürətli sərnişin qatarının maşinisti, 6-sı isə sərnişindir.

Qatarda ümumilikdə 206 sərnişin olub.

Hadisə ilə bağlı Ankara Prokurorluğu cinayət işi başlayıb, araşdırma aparılır.(report.az)

***
09:40

Türkiyənin Ankara şəhərində qatar qəzasının səbəbi açıqlanıb.

Ankara valisi Vasip Şahin sürət qatarının şəhər ətrafına gedən qatarlardan biri ilə toqquşduğunu bildirib.

Hadisə nəticəsində 4 nəfər ölüb, 43 nəfər yaralanıb.(trend.az)

© AzNews.az