İstanbulda İŞİD terror təşkilatına qarşı daha bir əməliyyat keçirilib. İstanbulda İŞİD terror təşkilatına qarşı daha bir əməliyyat keçirilib.

İstanbulda növbəti əməliyyat - Tutulanlar var

İstanbulda İŞİD terror təşkilatına qarşı daha bir əməliyyat keçirilib.

Əməliyyat çərçivəsində 11 nəfər saxlanılıb.

Saxlanılanların hamısının Türkiyə vətəndaşları olduğu bildirilir.

Qeyd edilir ki, əməliyyat qabaqcadan müəyyən olunmuş 15 ünvan üzrə keçirilib.

Xatırladaq ki, sonuncu dəfə noyabrın 5-də İŞİD-ə qarşı keçirilən genişmiqyaslı əməliyyat çərçivəsində 24 nəfər saxlanılmışdı ki, həmin şəxslərin Suriya, İraq, Livan və Liviyada terrorçular üçün maliyyə vəsaiti toplamaqla məşğul olduqları bildirilmişdi.(trend.az)

© AzNews.az