30 kilometr uzaqlıqda yerləşən hədəflər qurudan toplarla məhv ediləcək 30 kilometr uzaqlıqda yerləşən hədəflər qurudan toplarla məhv ediləcək

Ərdoğan bütün dünyaya elan etdi - "5 tərəfdən hücuma keçəcəyik"

30 kilometr uzaqlıqda yerləşən hədəflər qurudan toplarla məhv ediləcək

PKK-PYD/YPG terroristlərinin hər addımını izləyən Türk Silahlı Qüvvələri minlərlə terroristin olduğu Fırat bölgəsində əməliyyat başlada bilər.

AzNews.az “Vatan”a istinadən xəbər verir ki, Suriyanın şimalında “Fırat Kalkanı” və “Zeytin Budağı” əməliyyatlarında TSQ ilə birlikdə hərəkət edən Azad Suriya Ordusunun (ASO) hazırlıqları başa çatıb.

TSQ birinci, YPG-nin sərhəddə yaxın hədəflərini vuracaq. Döyüş təyyarələri Suriyanın hava sərhəddinə girmədən yaxınlıqdakı terror hədəflərini vura biləcək. 30 kilometr uzaqlıqda yerləşən hədəflər isə qurudan toplarla məhv ediləcək. Ardınca YPG-nin Fıratın şərqində yerləşən bağlantı yolları kəsiləcək və terror təşkilatının onurğasını sındıracaq əməliyyat keçiriləcək. Əməliyyat Tel Abyadda ya da Tel Abyad, Ayn el Arab, Resulayn, Qamışlı və Cerablusda eyni vaxtda başladılacaq.

ASO-nun komandiri Seyf Ebubekir “Fıratın şərqində başlayacaq əməliyyat üçün TSQ ilə hazırlıqlara başladıq. Minlərlə döyüşçümüzə özəl qüvvələrin əsgərləri təlim keçdi. Hazırlıqlarımızı tamamladıq. Son əmri gözləyirik” deyib.

Milli müdafiə naziri Hülusi Akar ABŞ-ın YPG/PKK-lı terroristlərə verdiyi dəstəklə bağlı “Terroristlərə təlim keçmək və onları təchiz etmək qəbul edilə bilməz” deyə bildirib. Bosniya Hersoqovinda Sillahlı Qüvvələr günündə danışan Akar ”Fıratın şərqi də daxil olmaqla Türkiyənin cənubunda, Suriyanın şimalında hər hansı terror koridorunun yaradılmasına icazə verməyimiz mümkün deyil” deyib.

Prezident Ərdoğanın YPG açıqlaması bölgədə panikaya səbəb olub.

Xüsusilə də Şanlıurfanın qarşısında yerləşən Kobani, Resulayn, Tel Abyad ilə Mardinin Nusaybin bölgəsinin qarşısında yerləşən ərazidə olan terroristlər panikaya düşüblər. Sözügedən bölgələrdə hərəkətlilik yaşanıb. ABŞ-ın verdiyi silahlarla sərhəddə gəzən PKK/YPG terroristlərinin yaxınlıqda yerləşən bölgələrə doğru qaçdığı bildirilib. Panika və qorxunun terroristlərin öz aralarındakı ratsiya danışıqlarına da təsir göstərdiyi deyilir.

AzNews.az

image description image description