Hadisə Antalyada Haşim İşçan Parkında baş verib. Hadisə Antalyada Haşim İşçan Parkında baş verib.

Pişik balasını ocaqda yandırdılar - Polis onları axtarır

Hadisə Antalyada Haşim İşçan Parkında baş verib.

Antalyada parkda ocaq qalayan naməlum şəxslər pişik balasını yandırıblar.

AzNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə Muratpaşa bölgəsində yerləşən Gənclik məhəlləsindəki Haşim İşçan Parkında baş verib.

İddialara görə, parkda naməlum şəxslər isinmək üçün yandırdıqları ocağa pişik balasını atıblar.

Bədəninin böyük hissəsi yanan pişik ölüb. Hadisə bələdiyyənin təmizlik işçilərinin parka gəlməsi nəticəsində məlum olub.

Yanmış pişiyi görənlər polisə xəbər veriblər. Şübhəli və şübhəliləri yaxalamaq üçün ətrafdakı təhlükəsizlik kameralarına baxılıb.

Polis içki şüşələrinin olduğu ərazidə axtarış aparıb.

Pərvanə Ağazadə

AzNews.az