Ən çox alqışlanan qadın kursantların etdiyi hərəkətlər olub. Ən çox alqışlanan qadın kursantların etdiyi hərəkətlər olub.

1037 kursant Vətənə sədaqət andı içdi

Ən çox alqışlanan qadın kursantların etdiyi hərəkətlər olub.

İzmirdə Terroristlə Mübarizə Hərəkatı Komandanlığının məktəbində terroristlə mübarizə hərəkatı kursunu bitirən 1037 kursant 4 həftəlik təlimdən sonra and içib.

AzNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, məktəbin komandiri polkovnik İbrahim Aydın mərasimdə çıxışı zamanı kursanların içdiyi andla vətən, dövlət və xalq üçün xidmət etmək və lazım gələndə canını fəda etmək üçün ilk addımı atdığını bildirib.

Vətənə gözəl övladlar böyüdən fədakar ailələrə təşəkkür edən Aydın “Onlarla nə qədər fəxr etsəniz azdır. Övladlarınızın keçdiyi təlimlə ölkəsinə, millətinə vətən sevgisi ilə xidmət edəcəklərinə ürəkdən inanırıq. Onları böyütdüyünüz üçün sizləri də təbrik edirik. Onların gələcəkdəki uğurlarına sağlıqla şahid olmağınızı arzu edirik”, - deyib.

Aydın kursantların bu peşənin əsas dayağı olan sədaqət prinsipi ilə hərəkət edəcəklərinə və müqəddəs mənəvi dəyərləri qoruyacaqlarına inandığını bildirib.

Andiçmə mərasimində tüfənglə hərəkətlər nümayiş etdirilib. Ən çox alqışlanan isə qadın kursantların etdiyi hərəkətlər olub.

Mərasimdən sonra kursanlar ölkənin dörd bir tərəfindən gələn yaxınları ilə görüşüblər.

Pərvanə Ağazadə

AzNews.az

image description image description image description image description image description image description image description image description