"Bu otaqlar quldurlar tərəfindən soyulur" "Bu otaqlar quldurlar tərəfindən soyulur"

2500 illik Roma abidələri talan edilir

"Bu otaqlar quldurlar tərəfindən soyulur"

Bursanın İznik kəndində Roma dövrünə aid 2500 illik qəbir otaqlarında oğurluq halları baş verir. Roma və Bizans tarixiylə maraqlanan Naqqaş Yalçın Öztürk təcili tədbir görülməzsə, bu tarixin yox olacağını bildirib.

AzNews.az Türkiyə mediasına istinadən məlumat verir ki,İznik kəndi Elbəyli küçəsi Dördtəpədəki zeytunluqlarda 15 il əvvəl cütçü cür sürərkən yerdə çökmə əmələ gəlir. Həmin yerdə Roma dövrünə aid qəbir otaqları ortaya çıxır. Ancaq bu otaqlar quldurlar tərəfindən soyulur.

Y. Öztürk bildirib ki, əgər bu qəbir otaqları qorunmayacaqsa, üzə çıxarmağa da ehtiyac yoxdur. O , əlavə edib ki, otaqların qapısı barmaqla açılıb bağlanırdı,amma indi funksiyasını itirib.

Heykəltaraş İlkay Altay da Roma dövründən qalan bu abidələrin qorunmalı və yenidən bərpa olunmasının lazım olduğunu deyib. Həmçinin bərpa olunduqdan sonra turizm sahəsi üçün böyük önəmi olacağını da vurğulayıb.

Əsmər Qabil
AzNews.az