Türkiyənin Oltu şəhərində baş verən cinayət hadsəsinin üstü açılıb. Türkiyənin Oltu şəhərində baş verən cinayət hadsəsinin üstü açılıb.

Komaya düşmüş azərbaycanlının öldürüldüyü məlum olub

Türkiyənin Oltu şəhərində baş verən cinayət hadsəsinin üstü açılıb.

Hadisə cümə günü səhər saatlarında R.H. adlı Azərbaycan vətəndaşının şəkər komasına girdiyi zənn edilərək "112" təcili yardıma xəbər verilməsindən sonra ortaya çıxıb.

Türkiyə mətbuatı xəbər verir ki, təcili yardım maşını ilə xəstəxanaya aparılan R.H adlı Azərbaycan vətəndaşı ilk tibbi yardımdan sonra komada qaldığı üçün Ərzuruma göndərilib. Yaralı şəxs bütün müdaxilələrə baxmayaraq vəfat edib.

Yaralının şəkər komasında olmadığı və bədənində zorakılıq izləri olduğu məlumatını alan rayon jandarmı istintaqa başlayıb. İstintaq nəticəsində öldürülən şəxsin və şübhəli A.A-nın gecə sərxoş vəziyyətdə dava etdikləri və R.H.-nin yaralandığı öyrənilib.

MİT-in (Milli Kəşfiyyat Təşkilatı) apardığı istintaq nəticəsində şübhəlinin Gürcüstan sərhədindəki Ardahan vilayətində olduğu təsbit edilib və polis əməliyyatı ilə tutularaq Oltu rayonuna gətirilib.

Dindirilmədən sonra A.A məhkəmə önünə çıxarılıb və hakim həbs-qətimkan tədbiri seçərək cinayətkarın həbsinə qərar verib.(virtualaz.org)

AzNews.az