"Kamal bəy, heç kəsi küçələrə çıxara bilməzsiniz". "Kamal bəy, heç kəsi küçələrə çıxara bilməzsiniz".

Ərdoğan kükrədi: "Bura Paris deyil, qaçmağa yer tapa bilməzsiniz"

"Kamal bəy, heç kəsi küçələrə çıxara bilməzsiniz".

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda bir açılış mərasiminə qatılıb.

AzNews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, dövlət başçısı Əsənlərdə "15 İyul Millət Baxçası" ilə inşası tamamlanan lahiyənin açılış mərasimində iştirak edib.

Əhalisi təxminən yarım milyona yaxın olan Əsənlərin son illərdə önəmli bölgələrdən birinə çevrildiyini söyləyən Türkiyə prezidenti ümumilikdə İstanbulun Türkiyə üçün əhəmiyyətindən bəhs edib.

"Təxminən 600 ildir ki, bizim olan bu şəhərə hələ də göz dikənlərin olduğunu bilirik. Ölkəmizə və millətimizə yönələn xüsumətlərin başında gələn səbəblərdən biri də bu şəhərdir. İstanbula nə qədər möhkəm sahib çıxsaq, ölkəmizin gələcəyi üçün o qədər qatqı verəcəyimizi bilirik", - deyə o bildirib.

Daha sonra Ərdoğan CHP lideri Kamal Kılıçdaroğlunun İstanbulla bağlı bəzi məsələləri qabardaraq onları tənqid etməsindən söz açıb.

Türkiyə prezidenti su, qaz və s. əsas gətirərək onları tənqid edənlərə İstanbulun CHP dövründə susuzluqdan quruduğunu xatırladıb. "Osmanlıdan qalma bulaqların önündə düzülən insan sıralarının sonu görünmürdü. Tankerlərlə daşınan su ilə insanları yola verməyə çalışırdılar", - deyə qeyd edib.

Ərdoğan AKP-nin demokratiya və iqtisadiyyat sahəsində atdığı hər addımın CHP-nin kabusuna çevrildiyini bildirib:

"Çünki CHP zehniyyəti Türkiyənin böyüməsindən, irəliləməsindən, millətimizin rifahının artmasından, haqq və azadlıqlarının gənişləməsindən deyil, tam tərsinə səfalətdən və faşizmdən güc alır. Baxın, getdi Almaniyaya kimlərlə şəkil çəkdirdi? PKK-nın Almaniyadakı qolu olanların bir araya gəldiyi şəxslərlə görüşürlər. Bunlar yolunu azıblar. Demokratiya və iqtisadi sahələrdə atdığımız addımlar onların kabusuna çevrilib. Yalan və iftiralarını daha da artırırlar. Sərmayələrinin getdikcə əllərindən çıxdığını görüb özlərindən çıxırlar. Hər fürsətdə milləti küçələrə səsləmələrinin səbəbi də budur. Kamal bəy, heç kəsi küçələrə çıxara bilməzsiz. Bura nə Paris, nə də Hollandiya deyil. Əgər "Gezi parkı" hadisələrindəki kimi nəsə etməyə cəhd etsən, o televiziya ekranından həddini bilməz birinin insanlara çağırışı ilə nəsə əldə edəcəyini düşünürsənsə, bilməslisən ki, bu millət 15 iyulda FETO-çulara və onların əlaltılarına meydanları necə dar etdisə, yenə də edər. Bu dəfə qaçmağa fürsət tapa bilməzsən".

AzNews.az