"Əməliyyatların hədəfi PKK/YPG terror qruplaşmalarıdır" "Əməliyyatların hədəfi PKK/YPG terror qruplaşmalarıdır"

Türkiyə Əsədə yaşıl işıq yandırdı: "Birlikdə çalışa bilərik"

"Əməliyyatların hədəfi PKK/YPG terror qruplaşmalarıdır"

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Suriya prezidenti Bəşər Əsədlə əməkdaşlıq edə biləcəklərini açıqlayıb.

AzNews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Çavuşoğlu 18-ci Doha Forumu çərçivəsində xüsusi sualları cavablandırıb.

O, bir neçə gün öncə Türkiyyə prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ prezidenti Donald Tramp arasındakı danışıqların mövzusu barədə məlumat verib. Bildirib ki, Tramp Ərdoğa Fətullah Gülənin ekstradisiyası barədə çalışdıqlarını söyləyib.

Trampın Suiyadan çəkilmək məsələsini dəyərləndirəcəyinə inandığını bildirən nazir eyni zamanda demokratik seçkiləri qazanacağı təqdirdə Bəşər Əsədlə əməkdaşlıq edə biləcəklərini vurğulayıb.

Çavuşoğlu tezliklə Fəratın şərqində başlayacaqları hərbi əməliyyatların hədəfinin PKK/YPG olduğunu bildirib və ABŞ əsgərlərini təhdid etmədiklərini qeyd edib.

AzNews.az