3 "yüksək ranqlı" terrorçu zərərsizləşdirilib. 3 "yüksək ranqlı" terrorçu zərərsizləşdirilib.

Türkiyədə böyük əməliyyat - 4328 nəfər tutuldu

3 "yüksək ranqlı" terrorçu zərərsizləşdirilib.

Türkiyə hüquq mühafizə orqanları son bir həftə ərzində, 10-17 dekabr tarixlərində terrorla mübarizə çərçivəsində 2404 əməliyyat keçirib.

Sputnik Azərbaycan Anadolu agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata əsasən, son bir həftə ərzində əməliyyatlar nəticəsində 23 "yüksək ranqlı" terrorçu zərərsizləşdirilib.

Həmçinin bir həftə ərzində terror təşkilatına yardım etmək və onlarla bağlılığına görə 761 nəfər (PKK/KCK 266, solçular 23, İŞİD 41, FETÖ/PDY 421), 3 min 561 nəfər narkotik və qaçaqmalçılıq, 226 nəfər isə qanunsuz miqrasiya ilə bağlı olmaqla, ümumilikdə 4 min 328 nəfər saxlanılıb.

Əməliyyat nəticəsində 12 əyalətdə terrorçulara məxsus 42 sığınacaq, mağara dağıdılıb, 482 kiloqram partlayıcı, 59 silah, 28 əl bombası, 7499 ədəd müxtəlif sursat ələ keçirilib.

© AzNews.az