HDP-nin İğdır üzrə keçmiş millət vəkili Mehmet Emin Adıyamanın da aralarında olduğu 3 nəfər isə axtarılır. HDP-nin İğdır üzrə keçmiş millət vəkili Mehmet Emin Adıyamanın da aralarında olduğu 3 nəfər isə axtarılır.

Sabiq millət vəkili saxlanıldı - Türkiyədə

HDP-nin İğdır üzrə keçmiş millət vəkili Mehmet Emin Adıyamanın da aralarında olduğu 3 nəfər isə axtarılır.

İğdır və İstanbulda PKK terror təşkilatına qarşı aparılan əməliyyatda HDP-li, İğdırın sabiq millət vəkili Kıznaz Türkeli də daxil olmaqla 8 nəfər saxlanılıb.

AzNews.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Jandarma komandanlığının üzvləri araşdırmalar nəticəsində terror təşkilatı PKK/KCK əlaqəli olduğu deyilən 12 şübhəli şəxsi yaxalamaq üçün İğdır və İstanbulda əməliyyat tədbirləri keçirib.

Əməliyyat zamanı HDP-li, İğdırın sabiq millət vəkili Kıznaz Türkeli və HDP-in İğdır rayonu üzrə sədri Cesim Katar İstanbulda, İğdır şəhəri Məclisin keçmiş başçısı Abdulkadir Özsular, İğdırın keçmiş Bələdiyə başçısı köməkçisi Şaziye Öncer, keçmiş Tuzla Bələdiyə başçısı Mehmet Gültekin və HDB üzvləri Oya Malgaz, Vedat Yılmaz, BDP-nin İğdır şəhəri üzrə keçmiş başçısı Zübeyde Kaynar İğdırda yaxalanıb.

İstanbulda yaxalanan keçmiş millət vəkili Türkeli ilə Katarın İğdır şəhərinə gətirildiyi bildirilib.

Araşdırma çərçivəsində HDP-nin İğdır üzrə keçmiş millət vəkili Mehmet Emin Adıyamanın da aralarında olduğu 3 nəfərin axtarıldığı deyilib.

PKK terror təşkilatının Azad Qadınlar Konqresinin (KJA) üzvü olan və bu əməliyyatlarda axtarılan Nevin Gökçenin isə bir başqa terror cinayətindən həbs olunduğu məlum olub.

Nigar CƏFƏR

AzNews.az