Rəsmi Ankara hava və raket müdafiə qabiliyyətini gücləndirmək üçün Patriotlardan istifadə edəcək. Rəsmi Ankara hava və raket müdafiə qabiliyyətini gücləndirmək üçün Patriotlardan istifadə edəcək.

Türkiyə ABŞ-dan 3.5 milyard dollara Patriot raketi alacaq - Ağ Ev təsdiqlədi

Rəsmi Ankara hava və raket müdafiə qabiliyyətini gücləndirmək üçün Patriotlardan istifadə edəcək.

ABŞ-ın Dövlət Katibliyi 3.5 milyard dollar dəyərində Patriot hava və raket müdafiə sistemlərinin Türkiyəyə satışını təsdiqlədi.

AzNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, ABŞ Müdafiə Nazirliyinin Müdafiə İşbirliyi Agentliyi satışın təsdiqlənməsi ilə bağlı açıqlama verib:

“Dövlət Katibliyi təxminən 3.5 milyard dollar dəyərindəki 80 MIM-104E Patriot raketinin və onun avadanlıqların satışını təsdiqləyib. Agentlik bu satış haqqında konqresi məlumatlandırıb”.

Sözügedən müdafiə sistemi paketinə 4 AN/MQP-65 radar dəsti, 4 kilidləmə nəzarət sistemi, 10 anten dirək qrupları, 20 M903 atma stansiyası, 5 elektrik santralı ilə yanaşı, rabitə təchizatları, test cihazları, mənzil proqramları və dəstək avadanlıqlarının da daxil olduğu deyilir.

ABŞ Dövlət Katibliyinin səlahiyyətlisi satış haqqında danışıb:

“Təklif olunan satış NATO müttəfiqinin təhlükəsizliyini artıracaq, ABŞ-ın xarici siyasətinə və beynəlxalq təhlükəsizliyinə dəstək verəcək. Türkiyə hava və raket müdafiə qabiliyyətini gücləndirmək, ərazi bütövlüyünü qorumaq və regional təhdidlərin qarşısını almaq üçün Patriotlardan istifadə edəcək”.

Pərvanə Ağazadə

AzNews.az

.

]