Uşaqlar bu gün torpağa tapşırılıb. Uşaqlar bu gün torpağa tapşırılıb.

Atanın ən acı günü - 3 övladını da itirdi

Uşaqlar bu gün torpağa tapşırılıb.

Türkiyənin Düzce bölgəsində evlərin birində çıxan yanğın nəticəsində həyatını itirən 2 qardaş və bacı gözyaşları içərisində dəfn edildi.

AzNews.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, 14 dekabr günü Muhammed Korkmazın evində baş verən yanğın nəticəsində 3 uşağı - Medine Korkmaz, Emirhan Sadi Korkmaz və Umut Eren Korkmaz həyatını itirib.

Son ana qədər uşaqlarını xilas etməyə çalışan Muhammed Korkmaz da pəncərədən özünü atarkən sağ ayağı qırıb.

Uşaqlar bu gün torpağa tapşırılıb. Anaları uşaqları tərk etdikdən sonra onlara baxan ata nənələri uşaqların tabutunu qucaqlayan zaman ağlayıb.

Qeyd edək ki, Umut Eren Korkmazın 8, Emirhan Sadi Korkmazın 10, Medine Korkmazın isə 12 yaşı olub.

Nigar CƏFƏR

AzNews.az

image description