Ətrafdakıların polisə şikayətindən sonra... Ətrafdakıların polisə şikayətindən sonra...

Ankarada avtopark davası: 2 yaralı var, 9 nəfər tutulub

Ətrafdakıların polisə şikayətindən sonra...

Türkiyənin paytaxtı Ankarada bir əyləncə məkanının avtoparkında yaranan silahlı münaqişə zamanı 2 nəfər yaralanıb, 9 nəfər saxlanılıb.

AzNews.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, əyləncə məkanının qarşısında avtopark anlaşılmazlığı səbəbi ilə mübahisə yaşanıb. Tərəflər arasındaki mübahisə davaya çevrilib. Bir tərəfin silah və bıçaq istifadə etdiyi üçün iki nəfər yaralanıb.

Ətrafdakıların polisə şikayətindən sonra hadisə yerinə polis və təcili tibbi yardım maşınları gəlib. Polis müdaxiləsindən sonra vəziyyət sabitləşib. Yaralılar xəstəxanaya yerləşdirilib.

Davaya qarışdığı müəyyən edilən 9 nəfər polis tərəfindən saxlanılıb.

Nigar CƏFƏR
AzNews.az