Türkiyə vətəndaşlıq verdiyi suriyalıların sayını açıqlayıb. Türkiyə vətəndaşlıq verdiyi suriyalıların sayını açıqlayıb.

Türkiyə 79 min suriyalıya vətəndaşlıq verib

Türkiyə vətəndaşlıq verdiyi suriyalıların sayını açıqlayıb.

Statistik rəqəmi daxili işlər naziri Süleyman Soylu ölkədə keçiriləcək bələdiyyə seçkilərindən danışarkən açıqlayıb. Nazirin sözlərinə görə, martda keçiriləcək seçkilərdə Türkiyə vətəndaşlığı almış suriyalılar da iştirak edəcək: “Türkiyə 79 min 820 suriyalıya vətəndaşlıq verib. Onlardan yetkinlik yaşına çatmış 59 min 99 nəfər bələdiyyə seçkilərində səsverməyə qatılacaq”.

Qeyd edək ki, Türkiyə martın 31-də bələdiyyə seçkiləri keçirməyə hazırlaşır.(qafqazinfo.az)

AzNews.az