Cani ananın özünü müdafiəsi hamını əsəbiləşdirdi. Cani ananın özünü müdafiəsi hamını əsəbiləşdirdi.

Ana doğduğu uşağı vedrəyə qoydu - Qonşusu tapdı və ...

Cani ananın özünü müdafiəsi hamını əsəbiləşdirdi.

AzNews.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, İstanbulun Kadiköy bölgəsində doğduğu uşağı ilə maraqlanmayan və günlərlə otaqda saxlayıb ölümünə səbəb olan 28 yaşlı F.D məhkəmə qarşısına çıxarılıb.

F.D izahatında “Heyvansevər biriyəm mən, pişiklərimə çox yaxşı baxıram. Hamilə olduğumu bilmirdim, buna görə də həkimə getmədim” deyib.

F.D-nin qonşusu L.D qonşusunun halının birdən pisləşdiyini və onu həkimə apardığını bildirib:

“Bizə gəlib ağrıdığını dedi. Həkimə apardıq, müayinə zamanı həkim "yeni uşaq doğubsan" dedi, qəbul etmədi. Çox qanaxması var idi deyə əməliyyata götürdülər. Əməliyyata girəndə "pişiklərimə yaxşı bax, yataq otağıma girmə" dedi. Evinə getdim ki, pişiklərinə yemək verim, ev çirkli idi, pis iy var idi. Getdim, yataq otağındakı pəncərəni açdım. Otaqda vedrə var idi, üstünə dəsmal sərmişdi. Dəsmalı götürmək istəyəndə uşaq gördüm, çox qorxdum. Evə gedib polisə xəbər verdim”.

Nigar CƏFƏR

AzNews.az