"Söhbət PKK terrorçuları və İŞİD-dən gələn təhlükədən gedir". "Söhbət PKK terrorçuları və İŞİD-dən gələn təhlükədən gedir".

Türkiyə Rusiya ilə anlaşdı

"Söhbət PKK terrorçuları və İŞİD-dən gələn təhlükədən gedir".

Rusiya və Türkiyə müdafiə nazirləri İdlibdəki demilitarizasiya zonasında təhlükəsizlik məsələsi ilə bağlı anlaşma əldə ediblər.

Türkiyə müdafiə naziri Hulusi Akarın rusiyalı həmkarı Sergey Şoyqu ilə Ankarada keçirdiyi görüşdə İdlibdə təhlükəsizliyin təmin edilməsində qətiyyətli addımların atılmasının zəruriliyi xüsusi vurğulanıb.

Tərəflər razılaşıblar ki, Türkiyə və Rusiyanın silahlı qüvvələri, habelə kəşfiyyat strukturları İdlibdə sülh və sabitliyin bərqərar olması üçün əməkdaşlığı davam etdirəcək.

Söhbət əsnasında Türkiyənin milli təhlükəsizliyin təmin edilməsi ilə əlaqədar Münbic və Fırat çayının şərq sahilindəki durumla bağlı narahatlığının anlaşılan olduğu vurğulanıb. Söhbət PKK terrorçuları və İŞİD-dən gələn təhlükədən gedir.

Danışıqlarda Türkiyə Milli Kəşfiyyat qurumunun rəhbəri Hakan Fidan da iştirak edib. (oxu.az)

AzNews.az