“Döydüyüm qadınları tanımıram". “Döydüyüm qadınları tanımıram".

Küçədə 3 qadına hücum etdi və...

“Döydüyüm qadınları tanımıram".

Türkiyənin Antalya şəhərində küçədə tanımadığı 3 qadına hücum edən şəxs sərbəst buraxılıb.

AzNews.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, 22 yaşlı K.Mert küçədən keçən Selin Çelik, Gökçen Tuncay və Nihan Barshana hücum edib.

Mert qadınları küçənin ortasında döyərək onlara xəsarət yetirib. Selin Çelik və Gökçen Tuncay yüngül xəsarətlər alsa da, Nihan Barshanın vəziyyəti ağırdır.

Polislər tərəfindən saxlanılan K.Mert izahatı alındıqdan sonra sərbəst buraxılıb. O, izahatında “Döydüyüm qadınları tanımıram. Problemli olduğum 3 qadın var idi, onlara bənzətmişdim” deyib.

Nigar CƏFƏR

AzNews.az