Hadisə Türkiyənin Bahçelievler ərazisində baş verib. Hadisə Türkiyənin Bahçelievler ərazisində baş verib.

8 mərtəbəli bina boşaldıldı - hər an uça bilər

Hadisə Türkiyənin Bahçelievler ərazisində baş verib.

Bahçelievlerdə Mahmutbey küçəsində 8 mərtəbəli bir bina, yıxılma təhlükəsi olması səbəbi ilə boşaldılıb. Bina bələdiyyə nümayəndələri tərəfindən möhürlənib.

AzNews.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Bahçelievlerdə bina sakinlərinin tələbindən sonra aparılan araşdırmalara görə riskli olduğu bilinən 8 mərtəbəli bina təxliyə edilib.

Əldə olunan məlumata görə, Mahmutbey küçəsindəki “Birlik” yaşayış binası təhlükəli vəziyyətdə olduğu üçün boşaldılıb.

24 mənzildən ibarət olan və 45 il öncə inşa edildiyi öyrənilən bina möhürlənib.

Evlərini tərk edən ailələr Bahçelievler Bələdiyyəsi tərəfindən müəllimlər evinə aparılıb.

Səidə Nurməmmədli

AzNews.az