"İndi konfransdayıq, sual mövzuya uyğun deyil..." "İndi konfransdayıq, sual mövzuya uyğun deyil..."

Davudoğlu yeni partiya qurur?

"İndi konfransdayıq, sual mövzuya uyğun deyil..."

Türkiyənin sabiq baş naziri Əhməd Davudoğlu digər sabiqlər - prezident olmuş Abdulla Gül və keçmiş iqtisadiyyat naziri Əli Babacanla siyasi partiya qurmağa hazırlaşdığı yönündə sualı cavablandırıb.

Bir konfransda jurnalistlərlə üz-üzə gələn Əhməd Davudoğlunun cavabı qeyri-müəyyən və müəmmalı olub: "Bir gün mətbuat konfransı keçirsəm, istənilən məsələni soruşa bilərsiz. İndi konfransdayıq, sual mövzuya uyğun deyil..."

Qeyd edək ki, hər 3 şəxs - Əhməd Davudoğlu, Abdulla Gül və Əli Babacan hakim AKP-nin mühüm fiqurlarından hesab olunur.

Milliyyətçi Hərəkat Partiyasından qopub ayrıca İyi Partiya yaradan qrupun uğursuzluğundan sonra daha bir siyasi təşkilatın meydana atılacağı ehtimalı böyükdür.(teleqraf.com)

AzNews.az