Türkiyədə növbəti əməliyyat - 52 nəfər saxlanıldı

Saxlanılan şəxslərin hamısı Suriya vətəndaşıdır.

Türkiyənin Bursa şəhərinin Osmanqazi rayonunun mərkəzində polisin keçirdiyi əməliyyat nəticəsində İŞİD terror təşkilatı ilə əlaqədə şübhəli bilinən 52 nəfər saxlanılıb.

Anadolu agentliyi xəbər verir ki, Bursa polisinin məlumatına görə, saxlanılan şəxslərin hamısı Suriya vətəndaşıdır. Terror aktı hazırlamaqda şübhəli bilinənlər uzun müddət polisin nəzarətində olublar.

İŞİD terror təşkilatının son illər Türkiyədə törətdiyi terror aktları nəticəsində 300-dən çox insan həlak olub.(AZƏRTAC)

AzNews.az