O, bu paylaşımı ilə hər kəsi dərindən sarsıdıb. O, bu paylaşımı ilə hər kəsi dərindən sarsıdıb.

Qəzada ölən Minanın nişanlısından ürək dağlayan paylaşım - FOTO

O, bu paylaşımı ilə hər kəsi dərindən sarsıdıb.

Ötən ilin martında təyyarə qəzasında dünyasını dəyişən məşhur türk iş adamının qızı Mina Başaranın nişanlısının sevgililər günü paylaşımı hər kəsi kədərləndirib.

AzNews.az xəbər verir ki, subaylığa vida şənliyi üçün rəfiqələri ilə birlikdə Dubaydan geri qayıdan zaman qəzaya uğrayan təyyaradə dünyasını dəyişən Minanın nişanlısı birlikdə fotolarını paylaşıb.

Murat Gezer bu paylaşımı ilə hər kəsi dərindən sarsıdıb.

28 yaşlı Mina Başaran holdinqin vəliəhdi olaraq göstərilirdi. Ailənin tək qızı idi. Mina iddialı və istedadlı xarakteri ilə diqqətləri cəlb edirdi. 2013-cü ildə "Başaran Holdinq"in İdarə Heyətinin üzvü olub. Qida, turizm, yaxta, inşaat və enerji sahələrində fəaliyyət göstərən Hüseyn Başaran Türkiyənin tanınmış iş adamlarından sayılır.

Aprelin 14-də Mina Başaranın "Metgraf Matbaacılık"ın sahibi Murat Gezerlə toyu olacaqdı. Cütlüyün 1000 nəfərlik toy mərasiminin dəvətnamələri də artıq paylanılmışdı.

Aynur
AzNews.az

image description image description