Qoy onda onlar bunu açıq desinlər. Qoy onda onlar bunu açıq desinlər.

Türkiyəni müsəlman ölkəsi olduğuna görə qəbul etmirlər - Ərdoğan

Qoy onda onlar bunu açıq desinlər.

Avropa İttifaqı Türkiyəni öz tərkibinə xüsusən ona görə qəbul etmir ki, respublika müsəlman ölkəsidir.

TASS-a istinadən xəbər verilir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan "A Haber" telekanalın efirində deyib.

"Türkiyəni Avropa İttifaqına yeganə səbəbə görə qəbul etmirlər ki, biz müsəlman ölkəsiyik. Qoy onda onlar bunu açıq desinlər", - deyə Türkiyə lideri bildirib.

2018-ci ilin dekabrında Ərdoğan bildirib ki, Avropa İttifaqı Türkiyənin bu birliyə daxil olmasını uzadır.

Daha əvvəl bildirilib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə cari ilin mart ayında Brüsseldə Avropa İttifaqı - Türkiyə zirvə toplantısının keçirilməsinə hazırlıq işlər görülür. (Report)