"İstanbullu Dilan uzun boylu və sarışın idi, təcavüzə uğrayandan sonra özünü partlatdı". "İstanbullu Dilan uzun boylu və sarışın idi, təcavüzə uğrayandan sonra özünü partlatdı".

Kandilə gəldiyim 2-ci gün cinsi təcavüzə uğradım - PKK-lı qadınların etirafları

"İstanbullu Dilan uzun boylu və sarışın idi, təcavüzə uğrayandan sonra özünü partlatdı".

PKK terror qruplaşmasının liderlərinin təcavüzlərindən qaçmağa cəhd edən qadınlar buna nail olmayınca öldürülür.

AzNews.az Türkiyə mediasına istinadın xəbər verir ki, bəzi qadınlar isə çıxış yolu kimi intiharı seçir.

Təhlükəsizlik xidmətlərindən alınan məlumata görə, yaxalanan və ya təslim olan terrorçu qadınların ifadələri terrorçu qrup daxilində qadınlara qarşı edilən cinsi istismarı açıq-aydın göstərir.

PKK liderlərindən biri olan Murad Karayılanın 2002-2003-cü ildə cangüdəni kimi fəaliyyət göstərən bir terrorçu təslim olduqdan sonra bu barədə açıqlama verib. O, İstanbuldan gələrək terror qruplaşmasına üzv olan Dilan adlı qızın Karayılan tərəfindən təcavüzə məruz qaldığını etiraf edib:

"Dilan arıq, sarı saçlı, uzun bir qız idi. Murad Karayılan tərəfindən təcavüzə məruz qaldıqdan sonra əl qumbarasını partladaraq intihar etdi".

Başqa bir terrorçu qadın "Kandilə gəldiyim ikinci gün təcavüzə uğradım. Bu barədə məsul şəxsə məlumat verdim. "Məsələni mənə geniş danış" bəhanəsi ilə məni sığınacağa apardı və orada özü də təcavüz etdi" - deyə bildirib.

Keçən il yaxalanan başqa bir terrorçu isə qruplaşma liderlərinin dəfələrlə belə zorakılıqlar etdiyini və cinayətlərin həll edilmədən bağlanıldığını söyləyib.

Başqa bir terrorçu qadın bu cür halların artmasından dolayı qadınların təşkilatdan qaçdığını bildirib.

"Zilan Dicle" kod adlı qadın terrorçu bunları deyib:

"Mahmurlu adlı qız vardı. Kürt bir ailənin 5 uşağından biri idi. Dəfələrlə təcavüzə qaldığını söyləyirdi. Keçən il əl bombasını partladaraq intihar etdiyini eşitdim. Daha sonra bu qızın "Beritan Hilal" kod adlı qız olduğunu, davamlı təcavüzə məruz qaldığına görə intihar etdiyini eşitdim".

Qadın terrorçu "Mardinli Rojin" 1995-ci ildə Abdullah Öcalanın heyətinə gedib və orada başqa bir PKK liderinin təcavüzünə məruz qalıb. 6 aylıq hamilə olduğu zaman isə birbaşa Öcalanın əmri ilə Dəclə çayına atılaraq öldürülüb.

Pərvanə Ağazadə

AzNews.az