Hadisə Rize şəhərində qeydə alınıb. Hadisə Rize şəhərində qeydə alınıb.

Ana 9 yaşlı xəstə oğlunu yanğından xilas etdi

Hadisə Rize şəhərində qeydə alınıb.

Türkiyənin Rize şəhərinin Piriçelebi məhəlləsindəki bir binanın 2-ci mərtəbəsində elektrik sobasının düşməsi nəticəsində evdə yanğın baş verib. Yanğın zamanı evdə olan Sema Delibalta 9 yaşlı autizmli oğlu Lokman Delibaltanı alovların arasından alıb evdən çıxmağı bacarıb.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə yerinə polis və yanğınsöndürənlər gəlib.

Yanğınsöndürənlərin müdaxilə etməsi ilə yanğın digər mərtəbələrə keçməyib.

Səidə Nurməmmədli

AzNews.az