O, Adnan Oktarla tanışlığı, psixoloji işgəncələrdən söz açıb. O, Adnan Oktarla tanışlığı, psixoloji işgəncələrdən söz açıb.

Adnan Oktarla bağlı daha bir şok iddia

O, Adnan Oktarla tanışlığı, psixoloji işgəncələrdən söz açıb.

İki il gizli təqiblərdən sonra 190 müridi ilə birlikdə həbs edilmiş türkiyəli ilahiyyatçı Adnan Oktarın əməllərindən etirafçı olan şəxs şok detal açıqlayıb.

Dostları vasitəsilə təşkilata üzv olan həmin şəxs Adnan Oktarla tanışlığı, psixoloji işgəncələrdən söz açıb.

30 il Adnan Oktarın rəhbərlik etdiyi təşkilata üzv olan etirafçı bu müddət ərzində təxminən 6-7 milyon türk lirəsi xərclədiyini söyləyib.

O, Adnan Oktar və ətrafındakı şəxslərin dini hissiyyatının olmadığını söyləyib. Etirafçının sözlərinə görə, təşkilatın üzvləri namaz vaxtını da dəyişdirib: “1988-ci ildən Adnan Oktarla tanış oldum, həftədə 1-2 dəfə təşkilatın iclaslarında iştirak edirdim. Mənə Quranda 3 dəfə namazın fərz olduğunu dedilər. Əvvəllər Qurani-Kərim barədə heç bir bilgim olmadığına görə sözlərinə inanmışdım. Namazı təhrif edirdilər”.

Etirafçı qız tanışlarını təşkilata daxil etmək üçün Adnan Oktar tərəfindən təzyiqə məruz qaldığını vurğulayıb: “Hətta Adnan Oktar mənə “əlində qız var, niyə gətirmirsən” deyə basqı göstərirdi”.(teleqraf.com)

AzNews.az