Motosikletlə gəzərkən qardaşı ilə qarşılaşıb Motosikletlə gəzərkən qardaşı ilə qarşılaşıb

Boşanmaq istəyən bacısını bıçaqladı

Motosikletlə gəzərkən qardaşı ilə qarşılaşıb

Türkiyənin İstanbul şəhərində qardaş boşanmaq istəyən bacısını bıçaqlayıb.

AzNews.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, İstanbulda qadın həyat yoldaşından ayrılmaq istədiyini ailəsinə deyib, daha sonra isə rəfiqəsinin evinə yerləşib. Qadın rəfiqəsi ilə motosikletlə gəzərkən qardaşı G.Durmuşa qarşılaşıb. Onlar mübahisə etməyə başlayıb və G.Durmuş bacısına cibindən çıxardığı bıçaqla xəsarət yetirib.

Qadın xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin normal olduğu bildirilib. Polis G.Durmuşu axtarır.

Nigar CƏFƏR
AzNews.az