Adanada dəhşətli anlar yaşanıb. Adanada dəhşətli anlar yaşanıb.

İki məktəbli qız əl-ələ tutub...

Adanada dəhşətli anlar yaşanıb.

Adanada iki məktəbli - 16 yaşlı Ü.S. ilə 15 yaşlı H.İ. əl-ələ tutub avtomobil körpüsündən özlərini atıb.

AzNews.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, hadisə Yüreğir şəhər Dr. Mithat Özsan Bulvarında baş verib.

Yaralanan şagirdlərə ilkin müdaxiləni yoldan keçən vətəndaşlar edib. Hadisə yerinə çağırılan təcili yardım maşınları ilə yaralılar 500 metr uzaqlıqdakı Adana şəhər xəstəxanasına aparılıb.

Onların ayağında çıxıqlar olduğu müəyyənləşib.

Polis hadisə ilə bağlı araşdırmaya başlayıb.

Səidə Nurməmmədli

AzNews.az