Zəhərlənən işçilər təcili yardım maşını ilə xəstəxanaya aparılıb. Zəhərlənən işçilər təcili yardım maşını ilə xəstəxanaya aparılıb.

Türkiyədə fabrik yandı - Zəhərlənənlər var

Zəhərlənən işçilər təcili yardım maşını ilə xəstəxanaya aparılıb.

Türkiyənin Diyarbəkir-Elazığ yolu üstündəki plastik boşqab fabrikində yanğın baş verib.

İHA xəbər verir ki, hadisə zamanı fabrikdə olan 10 işçidən ikisi zəhərlənib.

Hadisə yerinə cəlb edilən yanğınsöndürənlər qısa zamanda yanğını söndürüblər.

Zəhərlənən işçilər isə təcili yardım maşını ilə xəstəxanaya aparılıb.

Yanğının səbəbi bilinmir. Faktla bağlı araşdırma aparılır.(qafqazinfo.az)

AzNews.az