"Ən böyük xəyalım idi". "Ən böyük xəyalım idi".

89 yaşlı qadın xına yaxdı, gəlinlik geyindi

"Ən böyük xəyalım idi".

Türkiyənin Tuzla şəhərində 89 yaşlı qadın xəyalını gerçəkləşdirib.

AzNews.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, 89 yaşlı Halime Sibahi adlı qadının 75 illik gəlinlik geyinmək xəyalını Tuzla bələdiyyəsi gerçəkləşdirib. 9 uşaq, 15 nəvə sahibi olan Halime Sibahi əvvəl xına geyimini geyinərək xına mərasimi keçirib, daha sonra isə gəlinlik paltarında gül atıb.

Halime Sibahi 1944-cü ildə Şükrü Sibahi ilə evlənib. O, toy günü gəlinlik geyinmədiyi üçün illərlə bunun xəyalını qurduğu deyib.

89 yaşlı gəlin “Anam 7 yaşım olanda vəfat etdi. Ögey anam məni 14 yaşımda evləndirdi. Evləndiyim adam da toyumuzda gəlinlik geyinməyimə icazə vermədi. İllərlə bunun xəyalını qurdum, həmişə ən böyük arzum idi. Sağ olsun gəlinlərim, bu arzumu gerçəkləşdirdilər” deyib.

Nigar CƏFƏR

AzNews.az

image description