Hadisə İstanbul şəhərində qeydə alınıb. Hadisə İstanbul şəhərində qeydə alınıb.

Bir avtomobil iki iş yerinə girdi - 3 nəfər yaralandı

Hadisə İstanbul şəhərində qeydə alınıb.

Fatih bölgəsində nəzarətdən çıxan avtomobilin iki iş yerinə girməsi nəticəsində meydana gələn qəzada 3 nəfər yaralanıb.

AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, Cerrahpaşa məhəlləsi, Koca Mustafapaşa küçəsində sürücüsünün adı öyrənilməyən 34 FY 0222 nömrə nişanlı avtomobil nəzarətdən çıxaraq əmlakçı və təsisatçı mağazalarına girib.

Qəzada maşında olan 5 nəfərdən 3-ü yaralanıb.

Hadisə yerinə polis və təcili yardım əməkdaşları çağırılıb. Yaralılar ilkin müdaxilədən sonra xəstəxanaya aparılıb.

Diğər 2 nəfər isə ifadələri alınmaq üçün polis mərkəzinə götürülüb.

Qəza səbəbindən hər iki iş yerinə ziyan dəyib.

Səidə Vahid

AzNews.az