Yeni Zelandiya xalqına ölkəm və öz adımdan başsağlığı verirəm. Yeni Zelandiya xalqına ölkəm və öz adımdan başsağlığı verirəm.

Yeni Zelandiyadakı hücumu şiddətlə qınayıram - Ərdoğan

Yeni Zelandiya xalqına ölkəm və öz adımdan başsağlığı verirəm.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Yeni Zelandiyadakı məscidə edilən silahlı hücum barədə danışıb.

AzNews.az xəbər verir ki, Ərdoğan tvitter səhifəsində yazdığı mesajında məscidə edilən hücumu şiddətlə qınadığını, günahkarları lənətlədiyini deyib.

“Yeni Zelandiyada Nur məscidinə və orda ibadət edən müsəlmanlara edilən hücumu şiddətlə qınayır, buna bais olanları lənətləyirəm. Hücum zamanı ölən qardaşlarımıza Allahdan rəhmət, yaralıların tez sağalmasını diləyirəm. Təəssüf ki, dünyada getdikcə artan irqçilik və İslama qarşı olmağın daha bir növü kimi yaşanan bu hadisəyə görə İslam dünyasına və Yeni Zellandiya xalqına ölkəm və öz adımdan başsağlığı verirəm”.

Xatırladaq ki, Yeni Zelandiyanın Kristçörç şəhərində cümə namazı qılınan zaman iki məscidə silahlı hücum olub. Hücum zamanı 40 nəfər ölüb, 48 nəfər yaralanıb.

Pərvanə Ağazadə

AzNews.az