Yanğının hansı səbəbdən olduğu bilinmir. Yanğının hansı səbəbdən olduğu bilinmir.

Türkiyədə yanğın - 4 bina külə döndü

Yanğının hansı səbəbdən olduğu bilinmir.

İstanbulun Kadıköy ərazisində meydana gələn yanğında 4 boş bina tamamilə yanıb.

AzNews.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Zühtübey məhəlləsi, Şefik Bey küçəsində yerləşən kağız toplayanların qaldığı birmərtəbəli 4 boş binada, bilinməyən bir səbəbdən yanğın başlayıb.

Ətrafdakıların xəbər verməsindən dərhal sonra hadisə yerinə yanğınsöndürənlər, təcili yardım və polis nümayəndələri cəlb edilib.

Tez bir zamanda yanğına müdaxilə edən yanğınsöndürənlər təxminən bir saatlıq mücadilədən sonra yanğını nəzarət altına alaraq söndürüb. Yanğın səbəbindən 4 bina tamamilə yanıb.

Yanğının isinmək üçün qalanmış ocağın səbəb olması fikri irəli sürülüb. Polis araşdırma aparır.

Səidə Vahid

AzNews.az