Yaralıların həyatı həkimlərin mücadiləsinə baxmayaraq qurtarıla bilməyib. Yaralıların həyatı həkimlərin mücadiləsinə baxmayaraq qurtarıla bilməyib.

Baldızını öldürüb, intihar etdi

Yaralıların həyatı həkimlərin mücadiləsinə baxmayaraq qurtarıla bilməyib.

Türkiyənin İzmir şəhərinin Bornova bölgəsində 40 yaşlı Mehmet Güneş 37 yaşlı baldızı Fatma Yıldıza tapanca ilə atəş açdıqdan sonra intihar edib.

AzNews.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, hadisə dünən saat 19:00 radələrində İnönü məhəlləsi, Özdar küçəsində baş verib.

Fatma Yıldız uşaq parkında oturarkən, yanına bacısının əri Mehmet Güneş gəlib. O, silahını çıxarıb Yıldıza ard-arda atəş açıb. Yıldız yerə yıxılan zaman Mehmet Günəş tapancanı öz başına dayayaraq tətiyi çəkib.

Silah səslərinə parka polis və təcili yardım gəlib.

Güneş və Yıldız gələn təcili yardımla Egey Universitetinin Tibb fakültəsinin xəstəxanasına aparılıb.

Müalicə olunmaq üçün nəzarətə alınan yaralıların həyatı həkimlərin mücadiləsinə baxmayaraq qurtarıla bilməyib.

Səidə Vahid

AzNews.az