İngiltərə və Fransa donanması Çanaqqala döyüşünə qədər 200 il məğlub olmamışdı. İngiltərə və Fransa donanması Çanaqqala döyüşünə qədər 200 il məğlub olmamışdı.

Çanaqqala döyüşündən 104 il ötür - Maraqlı faktlar

İngiltərə və Fransa donanması Çanaqqala döyüşünə qədər 200 il məğlub olmamışdı.

Bu gün 1915-ci ildə baş tutan Çanaqqala döyüşündən 104 il ötür.

AzNews.az Çanaqqala döyüşü ilə bağlı maraqlı faktları təqdim edir:

- Döyüşdə 250 min Osmanlı əsgəri həlak olmuşdu, lakin bunlardan sadəcə 50 mininin adı bəllidir.

- Britaniya donanması bu döyüşə 480 min əsgərlə gəlmiş, sadəcə 105 min əsgərlə geri dönmüşdür.

- Hesablamalara görə, bu döyüşdə hər kvadrat metrə 6 min mərmi düşmüşdür. 2 mərminin havada toqquşmaq ehtimalı 600 milyonda 1 olduğu halda, Çanaqqalada bu hala dəfələrlə rast gəlinmişdir.

- Britaniya ordusunun tərkibində müsəlman əsgərlər də olmuşdur. Belə ki, onlar almanlar ilə vuruşacaqlarını zənn edirdilər.

- Osmanlının mükəmməl müdafiəsi 1-ci Dünya müharibəsinin 2 il daha uzanmasına səbəb oldu: İngiltərə və Fransa Çar Rusiyasına köməyə gedə bilmədi və inqilab baş verdi.

- İngilislər türkləri məğlub edəcəyindən o qədər əmin idilər ki, Osmanlıda xərcləmək üçün hazır banknotlar da gətirmişdilər.

- Bu döyüş səbəbindən Osmanlıda 1 il müddətinə təhsil dayandırılmışdır. Hətta şagirdlər də döyüşə cəlb edilmişdi.

- İngiltərə və Fransa donanması Çanaqqala döyüşünə qədər 200 il məğlub olmamışdı.

- Osmanlının sadəcə 26 dəniz minası var idi. Bir rəvayətə görə, “Nusret” gəmisinin kapitanı Hakkı Minbaşı minaları hansı yerlərə düzməli olduğunu yuxuda görmüşdü.

Cavidan Mirzəzadə

AzNews.az

image description image description